Başımı yastığa qoyanda
Canlanır gözümdə bir film kimi
Sənlə yaşadığımız anlar
Bir də qayıtmaz geri,sən kimi
Mən də saralıram soluram
Bir damla suya həsrət gül kimi
Məni sənsizliyə düçar eləmə
Hiss edirəm məhkum kimi
Baş-başa qaldım kölgələrinlə
Acılarımı yedim şam yeməyində
Yandı bu hisslər,kül oldu içimdə
Baş başa qaldım şəkillərinlə
Xatirələr evimin hər tərəfində
Dəydimi səncə?vurdun qəlbimə xəncər