Yadıma düşüb xatirələr darıxmışam yenə
Ürəyimnən keçənləri mən söylədim sənə
Çoxsunu mən unutmuşam denən necə oldu
Yadıma sal olanları bir bir danış mənə
Zaman bizim xoş anları, əlimizdən aldı
Doğmaları əzizləri, bizdən ayrı saldı
Danışdıqca olanları, canlanır gözümdə
Biraz özümüzdən danışaq, denən nələr oldu
Gözlərimin önündədir hələdə o günlər
Gör necədə mənalıdır o aylar o illər
Gətir baxım şəkillərə təsəllidir yenə
O günləri xatırladır mənə tək şəkillərı
Apar məni uzaqlara sənə qurban olum
O günlərə o çağlara sənə qurban olum
Darıxmışam o günlərin həsrətindəyəm mən
Gəl qayıdaq qabağlara sənə qurban olum